Əlaqə Arxiv
news Image
2012.09.02
20:56
| A A A
İrəvan qarışdı: hakimiyyət lobbini köməyə çağırır - FOTO

İrəvanın mərkəzində keçirilən aksiyalarda tələblər də sərtləşməyə başlayıb. Bir qədər əvvəl "Ayazn" təşkilatının sədri Armen Mkrtçyan iştirakçıların növbəti tələblərini səsləndirib. Həmin tələblərdə Ermənistanın ATƏT-in Minsk Qrupu çərçivəsində danışıqları dayandırması, Avropa qonşuluq siyasətindən imtina edilməsi, NATO ilə əməkdaşlığa son qoyulması irəli sürülür.

Mitinqçilər Əfqanıstanda xidmət edən Ermənistan hərbçilərinin dərhal geri çağırılmasını da israrla tələb edirlər.
Bu arada Ermənistan Diaspora Nazirliyi dünya ermənilərini səfərbərliyə çağırıb. Nazirlik bütün dünya ölkələrində fəaliyyət göstərən diaspora qurumlarına 4 bənddən ibarət direktivlərini göndərib. Həmin direktivlərdə Macarıstanın və Azərbaycanın bu ölkələrdəki səfirlikləri önündə aksiyalar keçirmək kimi təşəbbüslərdən tutmuş, Avropa parlamentini deputatlarına bu məsələni növbəti iclaslarda müzakirəyə çıxarılmasının zəruriliyi bildirilib. 
İrəvanda Ramil Səfərovun Azərbaycana təhvil verilməsini Sarkisyan hakimiyyətinin məğlubiyyəti sayan ictimaiyyət etiraz aksiyalarına başlayıb. Lent.az-ın Ermənistan KİV-ə istinadən verdiyi xəbərə görə, İrəvanın mərkəzi meydanında minlərlə aksiyaçı yığışıb.
Bir qədər əvvəl aksiyaçılar Ermənistan Xarici İşlər Nazirliyinə etiraz bəyanatı qəbul ediblər. Onlar nazir Edvard Nalbandyanın istefasını tələb edirlər. Bəyanatda bildirilir ki, Səfərovun Azərbaycana təhvil verilməsi Ermənistan xarici siyasətinin iflasından xəbər verir.

Sizin Reklam Yeriniz