Suriyadakı səfirliyimizin əməkdaşları hələ də məzuniyyətdədir
Azərbaycanın Suriyadakı səfiri Mahir Əliyev və səfirliyin əməkdaşları hələ də məzuniyyətdədirlər.
Bunu Lent.az-a
açıqlamasında Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri
Elman Abdullayev söyləyib.
Qeyd edək ki, bir ay öncə Azərbaycanın Suriyadakı səfiri və
səfirliyin əməkdaşları bu ölkəni tərk ediblər. Səfir və diplomatik
missiyanın əməkdaşları Suriyanı mövcud vəziyyəti və təhlükəsizlik
amillərini nəzərə alaraq tərk ediblər.
Elman Abdullayev bildirib ki, Suriyada təhlükəsizlik bərpa olunana
qədər diplomatlarımızın məzuniyyəti davam edəcək.