news Image
2012.04.13
19:42
| A A A
İran mediası yenə Azərbaycana iftira atır
“İraqdakı müxalif mücahidlər 5 ölkəyə, o cümlədən Azərbaycana köçürüləcək”

ABŞ İran İslam Respublikasının əsas müxalif qüvvələrindən sayılan İran Xalq Mücahidləri Təşkilatı üzvlərinin İraqdan köçürülməsi üçün 5 qonşu ölkə ilə razılığa gəlib. Məlumatı İranın hökumət saytlarından olan "İsna.ir" saytı aprelin 12- yayıb. "Media forum" saytının məlumatına görə, iranlı müxaliflərin köçürüləcək ölkələrdən birinin Azərbaycan Respublikası olduğu bildirilir: "Bu terrorçu qruplaşma üzvlərinin İraqdan çıxarılması qəti olduqdan sonra ABŞ 5 ölkə ilə danışıqlar aparıb. Əldə olunmuş razılaşmaya əsasən, terrorçu qruplaşma üzvləri ABŞ-ın Orta Şərqdəki müttəfiq dostları sayılan Səudiyyə Ərəbistanı, İordaniya, Azərbaycan Respublikası, Qətər Pakistan arasında paylanacaq".

Xalq Mücahidlər Təşkilatı İranda şahlıq dövründə yaradılıb. Təşkilat 1980-ci illərdə İran İslam Respublikasına qarşı silahlı mübarizə aparmağa başlayıb. Silahlı müqavimət məğlubiyyətə uğrayandan sonra Xalq Mücahidlər Təşkilatının minlərlə üzvü edam edilib, on minlərlə üzvü isə xarici ölkələrə mühacirət edib. Təşkilatın silahlı qanadı əsasən İraqdakı "Əşrəf" hərbi qərargahında məskunlaşıb. ABŞ-ın 2003- ildə İraqa hərbi hücumundan sonra bu ölkədəki mücahidlər tamamilə tərksilah edilərək "Əşrəf" qərargahında nəzarət altında saxlanılıb.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs