Əlaqə Arxiv
news Image
2012.09.04
11:23
| A A A
ATƏT-in Minsk qrupu: "Ramil Səfərovun əfv edilməsi sülh prosesinə zərbə vura bilər"
Həmsədrlər Ermənistan və Azərbaycan xarici işlər nazirləri ilə görüşlər keçirib ATƏT-in Minsk qrupu: “Ramil Səfərovun əfv edilməsi sülh prosesinə zərbə vura bilər”

ATƏT-in Minsk qrupunun ABŞ, Rusiya və Fransadan olan həmsədrləri Robert Bradtke, İqor Popov və Jak For, habelə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik) sentyabrın 2-də Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan, sentyabrın 3-də isə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla görüşüb. "Trend"in məlumatına görə, bu barədə ATƏT-in yaydığı məlumatda deyilir.

Görüşlərdə məqsəd regiondakı son hadisələri və Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasına yönəldilmiş səyləri müzakirə etmək olub.
Həmsədrlər hər iki ölkənin xarici işlər nazirləri ilə avqustun 31-də Azərbaycan hakimiyyətınin 2004-cü ildə Budapeştdə erməni zabiti qətlə yetirdiyinə görə Macarıstanda ömürlük həbs cəzasına məhkum olunmuş Azərbaycan zabiti Ramil Səfərovu əfv etmək barədə qərarını müzakirə ediblər. Onlar Səfərovun əfv edilməsinin sülh prosesinə və tərəflər arasında etimada zərbə vura biləcəyindən və cinayətə haqq qazandırılması cəhdlərindən dərin narahatlıqlarını və təəssüflərini bildiriblər.
Həmsədrlər yenidən nazirlərə bildiriblər ki, iyunun 19-da Los-Kabosda həmsədr ölkələrin prezidentlərinin bəyan etdiyi kimi, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasına alternativ yoxdur. Onlar gərginliyi azaltmaq və sülh prosesində tərəqqiyə nail olmaq üçün tərəflərlə təmas saxlamağa davam edəcəklər.

Sizin Reklam Yeriniz