Əlaqə Arxiv
news Image
2012.09.04
14:30
| A A A
Şimali Kipr Türk Cümhuriyyətinin yeni nümayəndəsi Bakıya gəlib

Şimali Kipr Türk Cümhuriyyətinin Bakıdakı nümayəndəliyinin yeni rəhbəri artıq Bakıdadır. NümayəndəlikdənModern.az-abildirilib ki, Sadəddin Topukçu sentyabrın 1-də Azərbaycan paytaxtına gəlib:
"Saddədin bəy burdadır, işinə başlayıb, amma hələ heç bir görüş keçirilməyib. Dünən iş fəaliyyətinin ilk günü idi. Çox normal qaydada işə başladı. Görüşləri, planları var. Amma indi görüşəcəyi adamlar tətildə olduğundan, hələki görüş barəsində bir söz demək mümkün deyil. Hər halda ayın 5-dən sonra bəlli olacaq ki, bu ay o, kimlərlə görüşəcək".

Nümayəndəliyin mətbuat xidmətindən bildirilib ki, yeni rəhbər öz xanımı ilə Azərbaycana təşrif gətirib. 56 yaşlı diplomatın iki övladı Kiprdədir.

Qeyd edək ki, bundan öncə nümayəndəliyin rəsmi təmsilçisi postunu Zeki Qazioğlu tutub.

Sizin Reklam Yeriniz