Əlaqə Arxiv
news Image
2012.09.05
18:19
| A A A
Türkiyə Fransaya nota verdi
Türkiyə uydurma "erməni soyqırımı" mövzusunun Fransada orta məktəb dərsliklərinə salınmasına etirazını bildirib. APA-nın məlumatına görə, Türkiyənin Fransadakı səfiri Tahsin Burcuoğlu bununla bağlı Fransa Xarici İşlər Nazirliyinə nota təqdim edib. Səfirlik Fransa Təhsil Nazirliyinə də müvafiq məktub və sənədlər göndərib. 
Nota və məktubda dərs kitablarındakı məlumatların həqiqətə uyğun olmadığı və saxta sənədlərə əsaslandığı diqqətə çatdırılıb. Notada Fransadakı türk tələbələrin də bu məsələ ilə əlaqədar qarşılaşdığı problemlər və narahatlıqlar yer alıb.
Sizin Reklam Yeriniz