Əlaqə Arxiv
news Image
2012.09.05
20:44
| A A A
“Azərbaycan şairlərinin azadlığa çıxması məntiqin və ədalətin bərpası deməkdir”
"Azərbaycan vətəndaşları Fərid Hüseyn və Şəhriyar Hacızadənin azad olunması prezidentin öz vətəndaşlarına qayğısının təzahürüdür".
APA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Elman Abdullayev deyib.
O bildirib ki, Fərid və Şəhriyarın azadlığa çıxmasında dövlətin rəsmi mövqeyi ilə ictimaiyyət, o cümlədən KİV arasındakı həmrəylik də önəmli rol oynayıb: "Onların bu gün azadlıqda olması məntiqin və ədalətin bərpası deməkdir".
E. Abdullayev bu məqsədə nail olmaq üçün böyük iş görüldüyünü və keçirilən görüşlərdə Azərbaycanın günahsız vətəndaşlarının həbsinin ikitərəfli münasibətlərə mənfi təsir göstərəcəyinin qarşı tərəfə çatdırıldığını bəyan edib. O, hazırda F. Hüseyn və Ş. Hacızadənin vətənə qayıdışı üçün sənədlərin hazırlandığını açıqlayıb.
Sizin Reklam Yeriniz