news Image
2012.09.09
15:01
| A A A
Elmar Məmmədyarov ABŞ konqresmenlərini qəbul etdi

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov sentyabrın 8-də ABŞ konqresmeni Deyn Rorabaherin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, E. Məmmədyarov iki ölkə arasında mövcud münasibətlərdən məmnunluq ifadə edib.
Görüşdə Ermənistan-Azərbaycan münaqişəsi, regiondakı vəziyyət, enerji, təhlükəsizlik və terrorizmlə mübarizə məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
ABŞ konqresmeni terrorizmlə aparılan mübarizəyə, xüsusən də Əfqanıstanda aparılan sülhməramlı missiyaya verdiyi dəstəyə görə Azərbaycan dövlətinə minnətdarlıq bildirib.
Öz növbəsində, E. Məmmədyarov da ölkəmizin terrorizmlə mübarizəyə verdiyi töhfə haqda danışıb, qonaqlara Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həlli istiqamətində aparılan danışıqların hazırkı vəziyyəti haqda ətraflı məlumat verib.
Nazir qeyd edib ki, regionda təhlükəsizliyin təmin olunaraq davamlı qalması üçün Ermənistan Silahlı Qüvvələrinin işğal olunmuş ərazilərdən çıxarılması olduqca vacibdir. "Torpaqların işğaldan azad olunması regionla yanaşı, beynəlxalq təhlükəsizlik üçün də önəmlidir", - deyə E. Məmmədyarov vurğuayıb.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs