Əlaqə Arxiv
news Image
2012.09.11
11:37
| A A A
Elmar Məmmədyarov: “Mövcud status-kvo qəbuledilməzdir”

Sentyabrın 10-da xarici işlər naziri Elmar Məmmədyarov ATƏT-ə üzv ölkələrin daimi nümayəndələrini qəbul edib. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Elmar Məmmədyarov onların ölkəmizə səfərinin önəmli olduğunu söyləyib.

Görüşdə Azərbaycan-ATƏT əməkdaşlığı, regiondakı vəziyyət və ölkəmizin üzləşdiyi problemlərlə bağlı fikir mübadiləsi aparılıb. Ermənistan-Azərbaycan münaqişəsi, aparılan danışıqların hazırkı vəziyyəti haqqında ATƏT-ə üzv ölkələrin daimi nümayəndələrinə məlumat verən Elmar Məmmədyarov mövcud status-kvonun qəbuledilməz olduğunu bildirib. Xarici işlər naziri onu da qeyd edib ki, Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərində mövcud olması münaqişənin sülh yolu ilə həllinə ən böyük maneədir, eyni zamanda münaqişənin həlli regionda təhlükəsizlik və əməkdaşlıq üçün həyati məna daşıyır.

Sizin Reklam Yeriniz