news Image
2012.09.11
13:47
| A A A
Bu gün Ərdoğan Azərbaycana gəlir

Türkiyənin baş naziri 3 ölkəyə səfər edəcək. Türkiyənin baş naziri Rəcəb Tayyip Ərdoğan bu gün başlayacaq səfər proqramı çərçivəsində Azərbaycan, Ukrayna, eləcə də Bosniya və Hersoqovinaya səfər edəcək. Lent.az-ın Türkiyənin "Sabah" qəzetinə istinadən verdiyi məlumata görə, bu gün Ərdoğan Qəbələ və Şəkidə olacaq. Prezident İlham Əliyevlə görüşdə iki ölkə arasında regional və ikitərəfli məsələlər, eyni zamanda enerji məsələləri müzakirə ediləcək.
Qeyd edək ki, Ərdoğanla birlikdə ölkəmizə baş nazirin müavini Bəkir Bozdağ, xarici işlər naziri Əhməd Davudoğlu, milli müdafiə naziri İsmət Yılmaz, enerji naziri Taner Yıldız, iqtisadiyyat naziri Zəfər Çağlayan və nəqliyyat naziri Binəli Yıldırım səfər edəcək.
Türkiyə hökumətinin başçısı Azərbaycandan Ukraynaya yollanacaq.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs