Türkiyəli əlil deputat BMT-nin İnsan Haqları Komitəsində
Türkiyəli millət vəkili Şafak Pavey BMT İnsan Haqları Komitəsinin üzvü seçilib.
Lent.az-ın "haberturk.com" saytına
istinadən verdiyi məlumata görə, BMT-də keçirilən seçkilərdə ən çox
səs alan iki namizəddən biri olan Şafak Pavey ilə Türkiyə ilk dəfə
BMT İnsan Haqları Komitəsində təmsil olunacaq.
CHP-nin İstanbuldan seçilmiş vəkili olan Şafak Pavey dünyada insan
haqlarının müdafiəsi üçün səylərini əsirgəməyəcəyini söyləyib.
Qeyd edək ki, Şafak Pavey I qrup əlildir. Onun bir ayağı amputasiya
olunub. O, bir müddət əvvəl ABŞ dövlət Departamentinin 2012-ci il
"Beynəlxalq Cəsur Qadınlar" mükafatına layiq görülüb, dünyanın ən
bacarıqlı 10 gənci arasında yer alıb.