Əlaqə Arxiv
news Image
2012.09.14
14:03
| A A A
Türkiyə səfiri 15 sentyabrın Azərbaycanda rəsmi bayram kimi qeyd olunması təklifi ilə çıxış edib
Hülusi Kılıç: “Həmin tarixin “Bakı Bayramı” günü kimi qeyd olunmasını istərdik” "Türkiyənin Bakıdakı səfirliyinin həyətində Nuru Paşanın heykəli qoyulub. Bizim ən böyük təmənnamız onun Bakının görkəmli bir yerində də heykəlinin ucaldılmasıdır".APA-nın məlumatına görə, bunu Türkiyənin Azərbaycandakı səfiri Hülusi Kılıç media rəhbərləri ilə keçirdiyi vida görüşündə deyib.
Səfir başqa bir təkliflə də çıxış edib. Diplomat 15 sentyabrın Azərbaycanda rəsmi olaraq "Bakı Bayramı" günü kimi qeyd olunmasını istədiklərini vurğulayıb: "15 sentyabr Bakının daşnak-bolşevik birləşmələrindən azad edildiyi gündür. Həmin günün "Bakı Bayramı" kimi təsis olunmasını, rəsmi bayram kimi qeyd edilməsini istərdik. Çünki bu tarix Azərbaycan üçün çox önəmlidir".
Sizin Reklam Yeriniz