Əlaqə Arxiv
news Image
2012.09.18
20:32
| A A A
NATO Əfqanıstanda strategiyasını dəyişdi

Əfqanıstandakı NATO qüvvələri (İSAF) bundan sonra əfqan ordusu və polisi ilə birgə kiçik və orta miqyaslı əməliyyatlar aparmayacaq.

Lent.az-ın Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, bununla bağlı bu gün İSAF rəsmi açıqlama yayıb.
Xüsusən təhlükəli bölgələrdə İSAF qüvvələri əfqan təhlükəsizlik qüvvələri ilə birgə əməliyyata çıxmayacaq. Açıqlamada qeyd olunur ki, yalnız böyük əməliyyatlar keçirilərkən NATO əfqan təhlükəsizlik qüvvələri ilə birlikdə hərəkət edəcək. NATO-nun Əfqanıstanla bağlı strategiyasında bu dəyişikliyin səbəbi isə keçən il keçirilən birgə əməliyyatlarda 51 NATO əsgərinin əfqan əsgərləri və polisləri tərəfindən öldürülməsidir.
ABŞ Müdafiə Nazirliyinin sözçüsü George Little də məsələ ilə bağlı danışıb. O bildirib ki, bu dəyişiklik NATO-nun Əfqanıstandakı prioritetləri və planlarını dəyişmir.

Sizin Reklam Yeriniz