Rusiya səfiri XİN-ə çağırıldı
Vladimir Doroxinə Azərbaycan tərəfinin etiraz notası təqdim olunub
Rusiya Federasiyasının Azərbaycandakı səfiri Vladimir Doroxin
Azərbaycan Xarici İşlər Nazirliyinə çağırılaraq, nazir müavini
Xələf Xələfov tərəfindən qəbul edilib. Xarici İşlər Nazirliyinin
mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, görüşdə
X.Xələfov Rusiya səfirinə bu ilin 14 sentyabr tarixində Moskva
şəhər meriyasının icazəsi və "Rus-Erməni Birliyi"nin təşkilatçılığı
ilə Moskva şəhərində Ramil Səfərovun əfv edilməsinə qarşı
keçirilmiş aksiyada Rusiya Dövlət Şurası və Dövlət Dumasının üzvü
Vladimir Jirinovskinin Azərbaycan xalqına qarşı terrora, cinayətə,
milli ədavətə və düşmənçiliyə təhrik edən təxribatçı və
məsuliyyətsiz çağırışı ilə bağlı qəti etiraz bildirib.
Həmçinin nazir müavini sözügedən məsuliyyətsiz çağırışın iki ölkə arasında mövcud əməkdaşlıq və dostluq münasibətlərinə kölgə saldığını qeyd edib. Vurğulanıb ki, belə bəyanatlar Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həlli istiqamətində aparılan danışıqlarda ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi kimi Rusiyanın vasitəçilik missiyasına zərbə vurur.
Xələf Xələfov V.Jirinovskinin məsuliyyətsiz bəyanatına Rusiyanın hakimiyyət strukturları tərəfindən müvafiq qiymətin veriləcəyinə ümidvar olduğunu bildirib.
Görüşün sonunda Azərbaycan tərəfinin etiraz notası Rusiya səfirinə təqdim olunub.