Əlaqə Arxiv
news Image
2012.09.21
11:53
| A A A
“Jirinovski kimi siyasətçiləri ciddi qəbul etmək olmaz”
Rusiya Azərbaycanın göndərdiyi notanı hələ cavablandırmayıb. "Azərbaycan və Rusiya arasında ikitərəfli əlaqələrin dostluq şəraitində inkişaf etməsi fonunda bu cür hallar əlbəttə ki, xoş təsir bağışlamır". APA-nın məlumatına görə, Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov Rusiya Liberal-Demokrat Partiyasının sədri Vladimir Jirinovskinin Moskvada mitinq zamanı Azərbaycana qarşı terror çağırışları səsləndirməsini jurnalistlərə belə şərh edib. 
Nazir müavini bildirib ki, bu cür siyasətçiləri ciddi qəbul etməmək lazımdır: "O tip siyasətçilər adətən hansısa səbəblərdən özləri üçün belə bir davranış yolu seçirlər. Məncə, bu cür siyasətçiləri ciddi qəbul etmək olmaz. Eyni zamanda həmin ölkənin hökuməti bu cür halları ciddi qəbul etməli və onları aradan qaldırmaq üçün səy göstərməlidir. Çünki ikitərəfli əlaqələrin dostluq şəraitində inkişaf etməsi fonunda bu cür hallar xoş təsir bağışlamr". 
Araz Əzimov Rusiyanın bu məsələ ilə bağlı Azərbaycan tərəfinin göndərdiyi notaya hələlik cavab vermədiyini deyib.
 
Sizin Reklam Yeriniz