news Image
2012.09.21
17:48
| A A A
Elmar Məmmədyarov Türkiyənin yeni səfirini qəbul edib -FOTO

Bu gün xarici işlər naziri Elmar Məmmədyarov Türkiyənin ölkəmizə yeni təyin olunmuş səfiri İsmayıl Alpər Coşqunu qəbul edib.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Elmar Məmmədayarov İsmayıl Alpər Coşqunu ölkəmizə səfir təyin olunması münasibəti ilə təbrik edib və fəaliyyətində uğurlar arzulayıb. Elmar Məmmədyarov iki dost və qardaş ölkə arasında bütün sahələrdə münasibətlərin yüksək səviyyədə olduğunu söyləyib. O, regional enerji layihələrinin reallaşdırılmasında hər iki ölkənin mühüm rol oynadığını və TANAP layihəsi ilə bağlı müqavilənin imzalanmasının iki ölkə arasında enerji sahəsindəki əməkdaşlığı daha yüksək müstəviyə çıxaracağını bildirib. Elmar Məmmədyarov Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın ölkəmizə sonuncu səfərinin yüksək əhəmiyyət daşıdığını qeyd edib.
İsmayıl Alpər Coşqun ölkəmizə səfir təyin olunmasından məmnun olduğunu və yüksək səviyyədə olan ikitərəfli münasibətləri daha da dərinləşdirmək istiqamətində fəaliyyət göstərəcəyini nəzərə çatdırıb. Ölkəmizin regionun çox mühüm strateji ölkəsi olduğunu diqqətə çatdıran İsmayıl Alpər Coşqun qardaş Türkiyənin bütün məsələlərdə Azərbaycanın yanında olacağını bir daha təsdiqləyib.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs