Əlaqə Arxiv
news Image
2012.09.24
15:24
| A A A
Azərbaycanın xarici işlər naziri ABŞ-a yola düşüb
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş Assambleyasının 67-ci sessiyasında iştirak etmək məqsədi ilə Nyu-Yorka yola düşüb.
Bu barədəAPA-ya Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev bildirib.
Sentyabrın 28-dək davam edəcək səfər çərçivəsində nazir Elmar Məmmədyarovun İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin illik iclasında, həmçinin GUAM-a üzv ölkələrin xarici işlər nazirlərinin iclasında iştirakı nəzərdə tutulur. Nazir Elmar Məmmədyarovun BMT-nin Baş Assambelyasında çıxışı 28 sentyabr tarixinə planlaşdırılır.
Qeyd edək ki, Nyu-Yorkda Elmar Məmmədyarovun həmçinin bir sıra ikitərəfli görüşləri və ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüş nəzərdə tutulur.
Sizin Reklam Yeriniz