news Image
2012.09.25
19:47
| A A A
“Silahlı Qüvvələr və başqa silahlı birləşmələr haqqında” qanun qəbul edəcək
Azərbaycan Milli Məclisi (MM) "Silahlı qüvvələr və başqa silahlı birləşmələr haqqında" qanun qəbul edəcək.
Bu barədəAPA-ya MM-in Təhlükəsizlik və müdafiə komitəsinin üzvü Zahid Oruc məlumat verib. Onun sözlərinə görə, qanun özündə Müdafiə Nazirliyindən başqa digər qurumların tabeçiliyində olan qoşun növləri ilə bağlı məsələləri ehtiva edəcək: "Azərbaycanda Sərhəd Qoşunları, Daxili Qoşunlar, Fövqəladə Hallar Nazirliyinin tərkibindəki hərbi birləşmələr və s. yaradılıb. Bu qanun Silahlı Qüvvələr dedikdə onun əhatə dairəsinə daxil olan strukturları - dövlət qurumları ilə bağlı məsələləri özündə əks etdirəcək".
Sənəd layihəsi ilə bağlı bir müvafiq təşkilatdan başqa bütün digər qurumlar razılıq məktubunu verib. Yaxın günlərdə həmin qurum da müvafiq rəy məktubunu təqdim edəcək. Z. Oruc bildirib ki, "Silahlı qüvvələr və başqa silahlı birləşmələr haqqında" qanun layihəsi MM-in Təhlükəsizlik və müdafiə komitəsinin bu gün keçirilən iclasında müzakirə olunub və parlamentin plenar sessiyasına tövsiyə edilib.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs