news Image
2012.09.27
14:53
| A A A
Azərbaycan diasporu Moskvanın mərkəzində mitinq keçirəcək

Moskva meriyası Azərbaycan diasporuna mitinq keçirməyə icazə verib. APA-nın Moskva müxbirinin əldə etdiyi məlumata görə, Azərbaycan diasporu bir müddət əvvəl meriyaya mitinq keçirməklə bağlı müraciət edib. Meriya diasporumuzun müraciətini müsbət cavablandırıb.

Mitinq oktyabrın 2-də paytaxtın "Krasnopresenskaya zastava" meydanında keçiriləcək. Mitinqdə əsasən, "millətlərarası münaqişələrə yox", "Vladimir Putinin siyasətinə dəstək" kimi şüarlar səsləndiriləcək.

Qeyd edək ki, sentyabrın 14-də Moskvadakı erməni diasporu da bu meydanda Ramil Səfərovun azadlığa buraxılmasına etiraz olaraq kütləvi aksiya keçirib. Aksiya zamanı Azərbaycan əleyhinə şüarlar səsləndirilib. Aksiyada çıxış edən Rusiya Dövlət Dumasının deputatı, Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovski erməni xüsusi xidmət orqanlarını Azərbaycana və azərbaycanlılara qarşı terrora çağırıb.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs