news Image
2012.09.27
16:17
| A A A
“Əsas prinsiplər deyilən sənəd torpaqları qaytarmır”
“Digər tərəfdən, bu sənəd siyasi baxımından məsələnin əhəmiyyətini azaldır, münaqişənin guya bitdiyi barədə yanlış fikir yaradır”

"Dağlıq Qarabağ münaqişəsinin həllinə dair əvvəllər verilmiş təklif layihələri Ermənistan tərəfindən rədd edildi və yaranmış durğun vəziyyətdən çıxış üçün heç bir təklif verilmədi". APA-nın məlumatına görə, bu açıqlamanı jurnalistlərə Azərbaycanın xarici işlər nazirinin müavini Araz Əzimov verib.

O, Azərbaycanın münaqişənin nizamlanmasına dair aparılan dialoq prosesində tutduğu mövqeyi açıqlayıb: "Azərbaycanın yanaşması belədir - biz 2004-cü ildə müzakirələr apardıq və bu müzakirələr çərçivəsində hansısa anlayışlara nail olduq. Aydın olan məsələlər var, müvafiq prinsiplər var. Bu kifayət edir ki həmin anlayışlar əsasında bilavasitə praktiki məsələləri həll etmək üçün konkret "Yol xəritəsi" hazırlayaq. Və bu "Yol xəritəsi!" artıq müəyyən addımlar addım atmaq üçün əsas olsun. Lakin əgər biz əvvəl əsas prinsipləri razılaşdıraraq, sonra prinsipləri instrumental, praktiki bir məcraya salmaq, daha sonra praktiki addımlara çevirmək üçün yenə də müzakirə aparacağıqsa, daha sonra bu müzakirələr nəticəsində sülh sazişi əldə etmək istəyiriksə, o zaman məncə bu proses daha 20 il çəkər. Azərbaycanın nə bu qədər vaxtı, nə bu qədər səbri var. Ona görə mənim öz təklifim ondan ibarətdir ki, konkret anlayışlar mövcuddur, əsas beynəlxalq hüququn əsas norma və prinsiplərinə istinadlar var. Bu, həmin anlayışlar və istinadlar əsasında "Yol xəritəsi" hazırlamağa kifayət edir. Amma yəqin ki bizim səbrimizi sınağa çəkmək kiminsə marağına cavab verir".

Araz Əzimov bildirib ki, hazırda müzakirələrə təkan vermək üçün problemə yanaşmanı konkret dəyişdirmək lazımdır: "Prinsiplərin üzərində işləmək heç bir nəticə verməyəcək. Çünki vaxtı udmaq niyyətində olan Ermənistan, işğal faktordan istifadə edən Ermənistan bu prinsiplərin müzakirələrini sonsuzluğa qədər davam etdirməkdə maraqlıdır. Bu prinsipləri praktiki dilə çevrilmək lazımdır. Özümüzü aldatmayaq, əsas prinsiplər deyilən sənəd torpaqları qaytarmır. Digər tərəfdən, siyasi baxımından məsələnin əhəmiyyətini azaldır, münaqişənin guya bitdiyi barədə yanlış fikir yaradır".

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs