news Image
2012.09.27
17:06
| A A A
“İslam Almaniyanın bir parçasıdır”
Almaniya baş nazirindən gözlənilməz bəyanat

Almaniya baş naziri Angela Merkel Xristian Demokrat Birlik Partiyasının üzvlərinə müraciət edib.

Lent.az-ın Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, Angela Merkel partiyasının üzvlərinin Almaniyada yaşayan və əksəriyyəti türk olan 3 milyon müsəlmana daha xoş münasibət bəslənilməsi üçün səy göstərmələrini istəyib. 

Almaniya baş naziri deyib ki, islam Almaniyanın bir parçasıdır: "Biz bu məsələdə açıq olmalı və deməliyik ki, bəli, onlar bizim bir parçamızdır. İslamla radikal islamı bir-birindən ayırmaq lazımdır. Almaniyada yaşayan müsəlmanların böyük qismi zorakılığa qarşıdır. İslam adı altında zorakılığa əl atanlar isə qanunun gücü ilə qarşılaşmalıdırlar".

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs