Əlaqə Arxiv
news Image
2012.09.29
13:47
| A A A
Fransanın Azərbaycandakı səfirliyi qarşısında aksiyaya cəhd olub, ABŞ səfirliyi isə xəbərdarlıq yayıb

Azərbaycan İslam Partiyasının (AİP) bir qrup üzvü Fransanın Azərbaycandakı səfirliyinin qarşısında etiraz aksiyası keçirməyə cəhd edib.

APA-nın məlumatına görə, polis tərəfindən piketin qarşısı alınıb. Aksiya iştirakçıları Fransada nəşr olunan jurnalda İslam Peyğəmbərinin (s.) karikaturasının çap edilməsinə və ümumiyyətlə Qərbdəki islamofobiyaya etiraz ediblər.

Aksiya iştirakçılarının bir qismi saxlanılıb. Hazırda AİP rəhbərliyi tutulan üzvlərinin sayını dəqiqləşdirir.

Qeyd edək ki, ABŞ-ın Azərbaycandakı səfirliyi də öz vətəndaşları üçün xəbərdarlıq yayıb. Səfirliyin saytında yerləşdirilmiş xəbərdarlıqda bildirilir ki, sentyabrın 29-da Fransa və ABŞ-ın Azərbaycandakı səfirlikləri qarşısında etiraz aksiyalarının keçirilməsi gözlənilir.

Xəbərdarlıqda ABŞ vətəndaşları ehtiyatlı olmağa, həmin ərazilərə yaxınlaşmamağa çağırılır. "Hətta dinc aksiyalar zamanı da müəyyən gərginliklər ola bilər", - deyə xəbərdarlıqda qeyd olunur.

Sizin Reklam Yeriniz