Əlaqə Arxiv
news Image
2012.09.30
12:53
| A A A
Elmar Məmmədyarov Everard Qonsalveslə görüşüb

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş Məclisinin 67-ci sessiyası çərçivəsində Sent-Vinsent və Qrenadinin baş naziri Everard Qonsalveslə görüşüb.

APA-nın Azərbaycan XİN-in mətbuat xidmətinə istinadla verdiyi xəbərə görə, R.Qonsalves Sent-Vinsent və Qrenadinin Azərbaycanla münasibətlərin inkişafında maraqlı olduğunu bildirib. O, Azərbaycana səfərini və prezident İlham Əliyevlə görüşünü xatırlayaraq, iki ölkə arasında iqtisadi münasibətlərin inkişafı üçün böyük potensialın olduğunu vurğulayıb, Azərbaycan şirkətlərini ölkəsinin infrastruktur layihələrinə qatılmağa dəvət edib.

E.Məmmədyarov bildirib ki, Azərbaycan Karib dənizi ölkələri ilə əməkdaşlığa böyük əhəmiyyət verir.

Sizin Reklam Yeriniz