Əlaqə Arxiv
news Image
2012.09.30
20:18
| A A A
“Oktyabrın 1-də hökumətin yox, azadlığın və Gürcüstanın gələcəyi həll olunur”

Gürcüstan prezidenti seçicilərlə görüşündə bəyanat verib ki, oktyabrın 1-də hökumətin taleyi yox, azadlığın və Gürcüstanın gələcəyi həll olunur. APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə prezident Ozurqeti seçiciləri ilə görüşündə bildirib. "Bizə sizin köməyiniz lazımdır. Biz istəyirik ki, siz qonşularınızla da danışasınız. Onlara başa salmaq lazımdır ki, hamımız bir olub möhkəmlənmək və birlikdə ayağa qalxmaq lazımdır. Çünki hakimiyyətin yox, Saakaşvilinin vəzifəsi yox, azad Gürcüstanın taleyi, gələcək olacaq, ya olmayacaq məsələsi həll olunur. Buna görə də biz qələbə qazanmaya bilmərik. Sabah yox, o birisi gün Gürcüstan öz sözünü deyəcək. Bizim sözümüz güclü söz olacaq. Elə bir söz ki, Gürcüstanın tarixinə yazılacaq", deyə Saakaşvili bildirib.

Prezident Gürcüstanın Avropa yolu ilə getdiyini də bildirib: "Bütün ölkə Avropa yolu ilə gedir. Gürcüstanda Avropa ilə vizasız gediş-gəliş olacaq. Ölkəmiz NATO-ya üzv olmaq üçün real namizəd olacaq. Son günlər ölkədə hakimiyyətə qarşı Rusiya metodu ilə mübarizə gedir. Lakin heç kim gürcü xalqının gələcəyini pulla ala bilməz və təxribatla ona təsir edə bilməz".

Sizin Reklam Yeriniz