news Image
2012.10.02
11:17
| A A A
Edvard Nalbandyan: “Azərbaycan rəhbərliyi Ramil Səfərovu milli qürur simvoluna çevirib”
"Ramil Səfərovla bağlı qalmaqal Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair danışıqlar prosesinə ciddi zərbə vurur və regional təhlükəsizlik və stabillik üçün təhdid yaradır".

APA-nın məlumatına görə, bu fikirləri Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan BMT Baş Assambleyasının 67-ci sessiyasında çıxışı zamanı deyib. 

XİN başçısı bildirib ki, "Azərbaycan rəhbərliyi Ramil Səfərovu milli qürur simvoluna və gənclər üçün nümunəyə çevirib". Nalbandyan həmçinin Suriyada humanitar vəziyyətin pozulmasından narahatlığını ifadə edib və bildirib ki, zorakılıqdan ölkənin dinc əhalisi, o cümlədən erməni icması əziyyət çəkir.