Əlaqə Arxiv
news Image
2012.10.04
16:13
| A A A
Obama və Romni ilk teledebata çıxdılar
Movqe.Az bildirir ki, Amerika xalqının prezident seçkilərindəki qərarında əhəmiyyətli rol oynayan televiziya müzakirələrinin ilki, dünən axşam (3 oktyabr) Prezident Barak Obama və Respublikaçı rəqibi Mitt Romni arasında  reallaşıb. İki namizəd arasında ilk iclas, məşğulluq və vergi kimi iqtisadiyyat mövzuları üzərində olub.

Romni, Prezident Obamanın vəzifədə olduğu 4 ildə iqtisadiyyat sahəsində yaxşı işlər göstərməməsinin, Amerika xalqının üzərindəki gəlirin eniş, qida və benzin qiymətlərində isə yüksəlişə yol açdığını bildirirb. Romni, ölkədə məşğulluğun yaradılmasını hədəfləyən 5 maddəlik təklifini irəli sürüb.

Özünü müdafiə edən Obama, vəzifəyə gəldiyi zaman Amerikanın böyük iqtisadi böhran içində olduğunu, amma düzgün siyasət apararaq bunu aradan qaldırdığını qeyd edib. Obama, bu 30 ayda ölkədəki xüsusi sektorlarda 5 milyon iş imkanı yaradıldığını da sözlərinə əlavə edib. Keçirilən bir seçki anketində, Obamaya dəstək 49 faiz, Romniyə dəstək isə 45 faizi göstərib.

Sizin Reklam Yeriniz