news Image
2012.10.05
12:12
| A A A
ATƏT-in keçmiş sədri: “Dağlıq Qarabağ münaqişəsinin həllinə çox yaxın idik”
"Bir vaxtlar Dağlıq Qarabağ münaqişəsinin həllinə çox yaxın idik.

Əfsuslar olsun ki, bu yaxınlaşma prosesi dayanıb. Təəssüf ki, münaqişənin sülh yolu ilə həlli istiqamətində gedən prosesdə bir durğunluq var". APA-nın xəbərinə görə, bunu Yunanıstan parlamentinin deputatı, sabiq xarici işlər naziri və ATƏT-in keçmiş sədri Dora Bakoyannis deyib. 

D. Bakoyannis ATƏT-i, ümumiyyətlə, dünyada sülhün bərqərar olmasını öz üzərinə götürən beynəlxalq təşkilatları Dağlıq Qarabağ münaqişəsinin həllinə diqqətlə yanaşmağa çağırıb: "ATƏT-in Minsk qrupu bu məsələdə öz səylərini artırsa, daha yaxşı olar". 

Sabiq nazir Azərbaycan və Yunanıstan arasında əlaqələrin hazırkı vəziyyətini müsbət qiymətləndirib və bu münasibətlərin inkişaf potensialının daha geniş olduğunu qeyd edib.