Əlaqə Arxiv
news Image
2012.04.15
01:09
| A A A
Radikal müxaliflərin pul maxinasiyası
Aydın Mirzəzadə: “Radikallıq heç bir halda siyasətdə hər hansı bir qüvvəyə uğur gətirmir” Məmməd Əlizadə: “Hətta əhalini pulla ələ almaq yolu ilə olsa da müxalifət mitinqə lazımi səviyyədə qüvvə gətirə bilmədi”

Bu günlərdə mətbuata açıqlamasında YAP icra katibinin müavini Siyavuş Novruzov bildirib ki, radikal müxalifət xarici səfirlərlə görüşlərində birinci növbədə onlardan pul istəyirlər. "Avropa Birliyinə daxil olan ölkələrin səfirlərilə İctimai Palatanın görüşmək niyyəti onların hüququdur. Lakin Avropa səfirləri bundan sonra onlarla hansı üzlə görüşəcək, bu mənə aydın deyil.

Ötən il İctimai Palatanın Avropa Birliyi ölkələrinin səfirlərilə keçirdiyi görüşdə hansı məsələlərin müzakirə olunduğuna dair stenoqram var. Onların birinci tələbi puldur". YAP-ın saytına müsahibəsində S. Novruzov deyib ki, müxalifət son mitinqə  gələn bir çoxinsanları məhz pul vermək vasitəsilə cəlb edə bilib. Amma həmin pulu almadıqlarından aprelin 8- müxalifətin aksiyasına toplaşanların çoxu sonradan oranı tərk edib. Bu açıqlamalar radikal müxalifətin həqiqətən xaricdən maliyyələşdiyini göstərir. Söz yox ki, daxildə sosial dayaqlarını itirmək üzrə olan radikallar xaricdən aldığı maliyyə vəsaitləri hesabına öz mövqelərini bərpa etməyi düşünürlər. Lakin görünən mənzərə ondan xəbər verir ki, sözügedən qüvvələr xaricdən qədər çox maliyyələşməkdə davam etdikcə, daxildə bir o qədər nüfuzdan düşməkdə davam edəcəklər. Digər tərəfdən xaricdən maliyyələşən qüvvələr heç şübhəsiz bütün hallarda pul verənin sifariş etdiyi mahnıya oynamalı olur. Yəni bizim radikal müxalifət xaricdən maliyyələşməklə həm onların maraqlarını təmin edir. Bu isə radikalların milli maraqlardan çıxış etmədiklərini, lazım gəldikdə dövlət maraqlarını çox rahatca ayaqları altına ala biləcəklərini göstərir. Xaricdə Azərbaycanı istəməyən qüvvələr vardır. Onlar hər vəchlə çalışırlar ki, Azərbaycanı daim özlərinin təzyiqi altında saxlaya bilsinlər. Buna görə ölkəmizdə bəzi daxili radikallardan istifadə etməklə xaotik vəziyyət yaratmağa, hərc-mərclik ab-havası səpməyə çalışırlar. Müxalifətin 8 aprel mitinqilə bağlı digər bir məqam isə ondadır ki, onlar aksiyaya toplaşanlara pul verəcəklərinə söz versələr , yuxarıda səslənən açıqlamadan da göründüyü kimi, əksər hallarda tədbirə gətirilənləri əliboş yola salıblar. Bu isə radikal müxalifətin mitinqə gətirilənləri belə aldatdıqlarından xəbər verir.  

Millət vəkili Aydın Mirzəzadə radikal müxalifətin son aksiyası barədə deyilənlərə münasibəti diplomatik tərzdə oldu: "Radikal müxalifətin 8 aprel mitinqində iştirak etməmişəm. Siyavuş Novruzov isə həqiqətən həmin aksiyada iştirak edib. Görünür onun gəldiyi qənaət ondan ibarətdir ki, müxalifət həqiqətən həmin mitinqə əhalini əsasən pul vasitəsilə cəlb edib. Bir çoxlarına isə bunu vəd etsə pulu ödəmədiklərindən ora gələnlərin bəziləri sonradan mitinqi tərk edib. Radikallıq heç bir halda siyasətdə hər hansı bir qüvvəyə uğur gətirmir. Azərbaycanda da müxalifətdə olub radikal mövqedən çıxış edən qüvvələr vardır. Nəticə olaraq belə qüvvələrin sosial bazası var, cəmiyyətdə özlərinə bir dəstək qazana, cəmiyyətin ab-havası ilə yaşaya bilirlər. Azərbaycanın mövcud demokratik mühitindən kifayət qədər istifadə edərək mitinq kütləvi aksiyalarını keçirir, qəzetlərini buraxırlar. Hakimiyyəti tənqid edirlər. Ancaq real qüvvə olaraq bu radikallıqla onlar heç vaxt uğur əldə edə bilməyəcəklər". 

Demokratik Azərbaycan Dünyası Partiyasının sədri Məmməd Əlizadə düşünür ki, radikal müxalifətin sonuncu aksiyasına gələnlərin bir hissəsi heç şübhəsiz müəyyən vəsait əldə edə biləcəkləri vədilə ora toplaşmışdı:  "Yeni Azərbaycan Partiyasının icra katibinin müavini Siyavuş Novruzovun radikal müxalifətin xarici ölkələrinin səfirlərilə görüşlərinə rəy verməsilə bağlı çıxışı ilə tanışam. Əslinə baxanda burada millət vəkili yeni bir şey deməyib. Onun sözlərində böyük bir həqiqət var. Söz yox ki, müxalifətin radikal kəsiminin Avropa səfirlərlə təmaslarının başlıca məramı birinci növbədə onlardan pul dilənməkdir. Çünki ölkə daxilində hətta üzvlük haqlarını belə yığa bilmirlər. Eyni zamanda onların cəmiyyətdəki nüfuzu sıfıra endiyindən imkanı olanlar tərəfindən ianələr ala bilmirlər. Çünki imkanlı şəxslər yalnız hansısa bir nüfuzu olan təşkilata pul verir. Bu səbəbdən onlar öz niyyətlərini həyata keçirmək üçün pul dalınca əcnəbi ölkələrə üz tuturlar. Bu isə onların ölkə maraqlarından çıxış etməsinə bütün hallarda maneə olur. Çünki müxalifət bu halda ancaq pul ödəyənlərin çaldığı havanı oynamalı olacaq. Belədə isə müxalifət milli maraqları da arxa plana keçirirQeyd edim ki, aprelin 8- radikallar razılaşdırılmış aksiyaya getsələr , həmin tədbirə gələnlərin sayının cüzi olması ilə özlərini daha da nüfuzdan saldılar. Çünki artıq cəmiyyət müxalifətin gücünün nədən ibarət olduğunu əyani şəkildə görə bildi. Aprelin 8-dəki aksiyaya gələnlərin əksəriyyətinə pul verilməsinə gəldikdə, müxalifətdən bunu da gözləmək olar. Axı xaricilərdən aldıqları pulu nəyəsə xərcləməlidirlər. Bununla onlar, guya, mitinqin möhtəşəmliyinə nail olmaq məqsədi güdürdülər. Amma hətta əhalini pulla ələ almaq yolu ilə olsa da belə onlar mitinqə lazımi səviyyədə qüvvə gətirə bilmədilər. Bunlar onu göstərir ki, artıq vətəndaşlar radikalların pul vermək aksiyasına da belə inanmır".

Həsən İSLAMOV  

Sizin Reklam Yeriniz