Əlaqə Arxiv
news Image
2012.10.06
13:05
| A A A
“İranda humanitar vəziyyət pisləşib”

Beynəlxalq sanksiyalar İranda iqtisadi və humanitar sahələrdə vəziyyətin əhəmiyyətli dərəcədə pisləşməsinə səbəb olub.

Lent.az-ın İTAR-TASS agentliyinə istinadən verdiyi məlumata görə, İranla bağlı hesabat hazırlayan BMT baş katibi Pan Gi Mun bunu dünən bəyan edib.

Qeyd edək ki, BMT Təhlükəsizlik Şurası İranla bağlı sanksiyalar verib, eyni zamanda birtərəfli olaraq ABŞ və Avropa Birliyi İrandan neft ixracına qadağa qoyub. Məqsəd İranı nüvə proqramı ilə bağlı Atom Enerjisi üzrə Beynəlxalq Agentliklə (AEBA) ilə fəal əməkdaşlığa məcbur etmək, Tehranın nüvə proqramının sülh xarakterli olmasını təmin etməkdir.

Pan Gi Mun deyib ki, sanksiyalar İranda əhalinin bütün təbəqələrinə mənfi təsir göstərir. İnflyasiya artıb, xammal və enerjinin qiyməti yüksəlib, əsas istehlak məhsullarının, xüsusən tibbi ləvazimatların çatışmazlığı müşahidə olunur. BMT baş katibi İrana tibbi ləvazimatlar ixrac etməyə icazə alan şirkətlərin belə bunu həyata keçirə bilmədiklərini bildirib. Bunun səbəbi isə Avropa və ABŞ-dakı bankların İran bankları ilə pul əməliyyatlarını dayandırmasıdır. Bu şirkətlər üçüncü bank axtarmaq məcburiyyətində qaldıqları üçün İrana tibbi ləvazimatların ixracından imtina edirlər. İranda xüsusən xərçəng, ürək, ağciyər xəstəlikləri və dağınıq sklerozla bağlı dərman çatışmazlığı yaranıb. Üstəlik, Avropa Birliyi oktyabrın 15-dən İrandan qaz ixracına da qadağa qoyacaq və bu da ölkəni növbəti əhəmiyyətli gəlir mənbəyindən məhrum edəcək.

Sizin Reklam Yeriniz