news Image
2012.10.08
15:03
| A A A
Prezident seçkilərinin nəticələri məlum oldu
Movqe.Az bildirir ki, Venesuelada dünən keçirilən prezident seçkilərinin nəticələri məlum olub. Venesuelada dünən keçilən Prezident seçkilərində səslərin 54 faizini toplayan Dövlət Başçısı Hugo Çavez, 3-cü dəfə Prezident seçilib. Rəsmi olmayan nəticələrə görə, Çaves səslərin 54 faizini, rəqibi Demokratik Birlik Koalisiyasının namizədi Henrike Kapriles isə səslərin 45 faizini yığıb. Seçki nəticələri açıqlandıqdan sonra Çavezi təbrik edən Kapriles, üzünü onu dəstəkləyənlərə tutaraq, "Özünüzü məğlub olmuş kimi hiss etməyin. Venesuelanın hər küncünə toxumlar əkdim. Bu toxumlar gələcəkdə yüzlərlə ağaca çevriləcək" sözlərini söyləyib. Xatırladaq ki, Çaves 1998-ci ildən bəri qatıldığı Prezident seçkilərindəki ən aşağı səsi topluyub.