Əlaqə Arxiv
news Image
2012.10.08
17:33
| A A A
"Suriyalı müxalifləri silahlandıracağam"
ABŞ-da noyabrın 6-da keçiriləcək seçkilərdə Obamanın rəqibi olan Respublikaçı namizəd Mitt Romney, seçiləcəyi təqdirdə Suriyalı müxalifləri silahlandıracağını söyləyib. Movqe.Az xəbər verir ki, ABŞ-da noyabrın 6-da keçiriləcək seçkilərdə Obamanın rəqibi olan Respublikaçı namizəd Mitt Romneyin "xarici siyasət"i bu gün açıqlanıb.
ABŞ-ın Virciniya əyalətindəki Leksiqtonda, xarici siyasətlə əlaqədar mühazirə edən Mitt Romney, seçiləcəyi təqdirdə Suriyalı müxalifləri, Əsəd rejiminə qarşı silahlandıracağını söyləyib.
Suriya prezidenti Bəşar Əsədin müxaliflərlə tank, vertolyot və döyüş təyyarələriylə mübarizə apardığını vurğulayan Romney, Suriyalı müxaliflərin bu döyüşdə ağır silahlara ehtiyac duyduğunu açıqlayıb.
Bu günkü nitqindən əvvəl bir şərh verən Respublikaçı namizəd Mitt Romney, "Əsədin devrilməsinin onlar üçün strateji məğlubiyyət olacağını bildiyi üçün İran, Suriya rejiminə silah göndərir. Biz də beynəlxalq ortaqlarımızla birlikdə, suriyalı müxalifləri dəstəkləmək və İranı məğlbiyyətə uğratmaq üçün ən az onlar qədər çalışmalıyıq" deyib.
Obama administrasiyası 6 noyabr seçkiləri öncəsi Suriyadakı qarşıdurmanın regional müharibəyə çevrilməsini maneə törətməyə çalışır.
Vaşinqton, suriyalı müxaliflərə kiçik çaplı silah dəstəyi verən Səudiyyə ərəbistanı və Qatara da təzyiq göstərir.
Sizin Reklam Yeriniz