Əlaqə Arxiv
news Image
2012.10.10
17:00
| A A A
Çavezdən Əsədə dəstək gəldi
Movqe.Az bildirir ki, Venesuelada bazar günü keçirilən prezident seçkilərində dördüncü dəfə bu vəzifəyə seçilən Huqo Çavez, iştirak etdiyi ilk mətbuat konfransında Şam rəhbərliyinə olan dəstəyini davam etdirəcəyini qeyd edib.

Suriyalı müxalifləri "terrorist" adlandıran 58 yaşlı lider, bu ölkədəki vəziyyətə dair yönəldilən bir sualı belə cavab verib: "Suriyada qanuni iqtidar olan Bəşər Əsədin hökumətini necə dəstəkləməyim? Kimə dəstək verək, terroristlərə? "Keçid Şurası" olaraq adlandırılanlar, hər yerdə qırğın edənlər kimlərdir? Avropada özlərini ciddi olaraq görən bəzi rəhbərliklər bu insanları qəbul edir və terroristlərlə görüşərək bir ölkənin qanuni hökumətini tanımamaqda məna görə bilmirəm."Venesuelada 1998-ci ildən bəri lider olan Huqo Çavez, çıxışında həmçinin "Yaxın Şərqdəki xaosun ən böyük məsulu" olaraq Amerika Birləşmiş Ştatlarını hesab etdiyini bildirib.

Sizin Reklam Yeriniz