Əlaqə Arxiv
news Image
2015.10.01
13:25
| A A A
Rusiyanın Suriyaya göndərdiyi hərbi təyyarələrin növləri açıqlanıb

Rusiyanın Suriyaya göndərdiyi hərbi təyyarələrin və texnikanın növləri açıqlanıb.Movqe.az-ın Rusiyanın "Kommersant" nəşrinə istinadən verdiyi məlumata görə, Suriyanın Latakiya bölkəsində yerləşən Hmeymim aerodromunda Su-24M, Su-34, Su-25SM və Su-30SM hərbi təyyarələrindən, habelə Mi-24 və Mi-8 helikopterlərdən ibarət qarışıq aviaqrup formalaşdırılıb.

Qeyri-rəsmi məlumata əsasən, hərbi təyyarə və helikopterlər Latakiyaya "Mərkəz-2015" hərbi təlimlərinin keçirildiyi vaxt göndərilib. Dörd Su-30SM qırıcı Çita vilayətindən Mozdoka, oradan isə İl-76 hərbi-nəqliyyat təyyarəsinin müşahidəsi ilə Azərbaycan, İran və İraq hava məkanını keçməklə, Latakiyaya uçub. Altı Su-34 isə Azərbaycanın hava məkanına daxil olmamaqla, Xəzər dənizi, İran və İraq üzərindən Suriyaya çatıb.


Sizin Reklam Yeriniz