Əlaqə Arxiv
news Image
2015.10.02
12:23
| A A A
MSK sədri: “İndiyə qədər seçkilərdə çoxluğun fikrinin ortaya qoyulması baxımından heç bir problem olmayıb”

Prezident Administrasiyası, Mərkəzi Seçki Komissiyası (MSK) və Mətbuat Şurasının birgə təşkil etdiyi "Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər: seçkiqabağı təşviqat prosesində KİV-in rolu və vəzifələri" mövzusunda seminar keçirilir.


Movqe.az-ın məlumatına görə, seminarda MSK sədri Məzahir Pənahov, Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, Mətbuat Şurası sədrinin müavini Umud Mirzəyev, KİV rəhbərləri, MSK üzvləri iştirak edirlər.

 

Seminarda çıxış edən MSK sədri Məzahir Pənahov deyib ki, bu, Ə. Həsənovun təşəbbüsü ilə belə formatda keçirilən ilk tədbirdir. MSK sədri bildirib ki, mətbuatla həmişə açıq işləməyə çalışıblar: "Biz həm yerli, həm də beynəlxalq mətbuat orqanlarının tədbirlərimizdə yaxından iştirak etməsini istəyirik. İstəyirik ki, seçkilərdə Azərbaycan xalqının iradəsinin ortada olması ilə bağlı heç bir şübhə yeri qalmasın. Şərait yaratmışıq ki, KİV nümayəndələri sadəcə jurnalist vəsiqələri ilə seçki prosesində əvvəldən axıra kimi iştirak etsinlər. Şərait yaratmalıyıq ki, hər kəs iradəsini ortaya qoysun. Seçkinin missiyası odur ki, çoxluğun fikri ortaya qoyulsun. İndiyə qədər seçkilərdə çoxluğun fikrinin ortaya qoyulması baxımından heç bir problem olmayıb".

 

M. Pənahov namizədlərin qeydiyyata alınma müddətinin bu gün başa çatdığını, oktyabrın 9-dan təşviqat kampaniyasına start veriləcəyini nəzərə çatdırıb: "Ona görə də bu tədbirin keçirilməsini zəruri saydıq. Bir məqamı da qeyd etmək istəyirəm ki, sosial şəbəkələr də faktiki daimi mətbuat orqanıdır. Sosial şəbəkədə təşviqat baxımından addım atılanda yüzlərlə dövrü nəşrin təsirindən daha çox olur. Ona görə də bu məsələyə də diqqət yetirilməlidir". 

 

MSK sədri qeyd edib ki, seçkilərə kölgə salmaq üçün heç kimə bəhanə verilməməlidir.

Sizin Reklam Yeriniz