Əlaqə Arxiv
news Image
2015.10.02
12:44
| A A A
Əli Həsənov: “Prezident İlham Əliyev azad, plüralist cəmiyyətin formalaşması üçün bütün addımları atır”

"Müstəqil dövlət quruculuğunun banisi Heydər Əliyev KİV üzərində bütün tənzimləyici vasitələri götürməklə azad medianın əsasını qoyub. Bu gün də prezident İlham Əliyev azad, plüralist cəmiyyətin formalaşması üçün bütün addımları atır".


Movqe.az-ın məlumatına görə, bunu Prezident Administrasiyası, Mərkəzi Seçki Komissiyası və Mətbuat Şurasının birgə təşkil etdiyi "Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər: seçkiqabağı təşviqat prosesində KİV-in rolu və vəzifələri" mövzusunda keçirilən seminarda Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov deyib.

Ə. Həsənov bildirib ki, hər bir şəxs düşündüklərini sosial şəbəkələrdə yaza və təbliğ edə bilər: "KİV də vətəndaşın hakimiyyətlə bağlı dəstəkləyici və tənqidi mövqeyini verə bilər. Heydər Əliyev tərəfindən əsası qoyulmuş plüralist, azad cəmiyyət ideyaları prezident İlham Əliyev və komandası tərəfindən davam etdirilir. KİV-in də seçkilərdə lazımi funksiyaları icra edəcəyinə inanırıq".


Sizin Reklam Yeriniz