Əlaqə Arxiv
news Image
2015.10.02
13:03
| A A A
Məzahir Pənahov: “Kim seçkiləri müşahidəyə gəlirsə, xoş gəlir, kim gəlmirsə, öz işidir”

Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov ATƏT Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun Milli Məclisə seçkiləri müşahidə etməkdən imtina etməsinə münasibət bildirib.


Movqe.az-ın APA-ya istinadən məlumatına görə, M. Pənahov deyib ki, bütün subyektləri, o cümlədən müşahidəçiləri Azərbaycanda keçirilən seçkilərdə iştirak etməyə dəvət edirlər: "Kim seçkiləri müşahidəyə gəlirsə, xoş gəlir, kim gəlmirsə, bu da onların öz işləridir. Bizim üçün əsas odur ki, ilk növbədə keçirilən seçkilərdən Azərbaycan ictimaiyyəti razı qalsın. İkinci, istənilən mərhələdə, istənilən formatda dünyanın istənilən yerində keçirilən tədbirdə Azərbaycanın mövqeyini ortaya qoyuruq və reallıq diqqətə çatdırılan zaman ictimaiyyət tərəfindən təqdirəlayiq qiymətləndirilir. Ona görə də buna kiminsə qərəzli münasibətinin üzərində dayanmaq istəmirəm, bu, bizim səlahiyyətimizə daxil olan məsələ deyil. Hər bir qurumun öz daxili siyasəti var".

Sizin Reklam Yeriniz