Əlaqə Arxiv
news Image
2015.10.02
16:08
| A A A
Umud Mirzəyev: “KİV seçkiləri qərəzsiz, ədalətli işıqlandırmalıdır”

"Kütləvi informasiya vasitələri seçkiləri qərəzsiz, ədalətli işıqlandırmalıdırlar. Mətbuat Şurası fəaliyyətində KİV-lərin seçkiləri qərəzsiz, ədalətli işıqlandırmasını diqqət mərkəzində saxlayır".

Movqe.az-ın məlumatına görə, bunu Prezident Administrasiyası, Mərkəzi Seçki Komissiyası və Mətbuat Şurasının birgə təşkil etdiyi "Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər: seçkiqabağı təşviqat prosesində KİV-in rolu və vəzifələri" mövzusunda keçirilən seminarda Mətbuat Şurasının sədr müavini Umud Mirzəyev deyib.

Seçki dövründə media orqanlarının təşviqat kampaniyası ilə bağlı qanunvericiliyin tələblərinə riayət etməsini zəruri sayan U. Mirzəyev bildirib ki, Mətbuat Şurası seçkilər dövründə də monitorinqlər keçirir: "Mətbuat Şurası apardığı monitorinqlər zamanı KİV-də seçkilərlə bağlı məlumatları diqqət mərkəzində saxlanılır, balans prinsipinin pozulması, kontekstdən çıxarılmış fikirlərlə manipulyasiya və digər mənfi hallar nəzərə alınır. Mətbuat Şurasının üzvləri seçki günü də seçki məntəqələrində olur, jurnalistlərə yaradılmış şəraitlə maraqlanırlar. Mətbuat Şurasının üzvləri bu dəfə də seçki günü seçki məntəqələrinə baş çəkəcək, jurnalistlərin peşə fəaliyyətini yerinə yetirməsi ilə bağlı məsələləri diqqət mərkəzində saxlayacaq".

Müəyyən dairələrin anti-Azərbaycan kampaniyasına toxunan U. Mirzəyev beynəlxalq aləmdə Azərbaycan xalqının və dövlətinin müsbət imicinin formalaşması istiqamətində mətbuatın fəaliyyətinin önəmli olduğunu qeyd edib.


Sizin Reklam Yeriniz