Əlaqə Arxiv
news Image
2015.10.02
18:50
| A A A
YAP Leyla Abdullayevanın namizədliyini geri götürməsinin səbəbini açıqlayıb

Yeni Azərbaycan Partiyası (YAP) 41 saylı Sumqayıt I Seçki Dairəsindən namizədliyini irəii sürdüyü hazırkı deputatı Leyla Abdullayevanın namizədliyini geri götürməsinin səbəbini açıqlayıb.


Movqe.az-ın məlumatına görə, YAP icra katibinin müavini, deputat Siyavuş Novruzov APA-ya açıqlamasında bildirib ki, buna səbəb L. Abdullayevin dövlət qulluğunda işə keçməsi ilə bağlıdır.

 

O qeyd edib kİ, hazırda məktəb direktoru işləyən L. Abdullayeva dövlət qulluğunda işə keçmək qərarına gəlib, bu halda isə qanun onun seçkili orqanda təmsil olunmasına icazə vermir: "Bu səbəbdən də namizədliyini geri götürüb. Onun hansı dövlət qulluğunu tutması isə hələ bilinmir. İşə götürüləndə açıqlanacaq".

 

Qeyd edək ki, hazırda Sumqayıtı Milli Məclisdə YAP-ın deputatı kimi təmsil edən L. Abdullayeva növbəti seçkilərdə partiyanın siyahısı üzrə namizədliyi irəli sürülsə də, öz ərizəsi ilə namizədliyini geri götürüb. 

Sizin Reklam Yeriniz