Əlaqə Arxiv
news Image
2015.10.02
19:15
| A A A
İrəvanda konstitusiya islahatları əleyhinə mitinq keçiriləcək
Bu gün İrəvanda konstitusiya islahatları əleyhdarlarının ilk mitinqi keçiriləcək.

Movqe.az-ın APA-ya istinadən verdiyi məlumata görə, mitinqdə Erməni Milli Konqresi, "İrs" partiyası, Ermənistan Xalq Partiyası və "Təsis parlamenti"nin tərəfdarları iştirak edəcəklər.

"İsrafçılığa son!" təşəbbüsünün üzvü Arşak Musaxyan mitinqin izdihamlı keçəcəyinə ümid etdiyini bildirib. Onun sözlərinə görə, son günlər İrəvanda xəbərdarlıq xarakterli bir sıra mitinqlər keçirilib: "Gümrüdəki mitinqdən sonra Ermənistanda vəziyyət dəyişib. Müxtəlif qruplardan müsbət rəylər alınıb, mən bunu sadə vətəndaşlarla söhbətlərimdən hiss edirəm".

Mitinqin əsas məqsədinin parlamentdə konstitusiya islahatları ilə bağlı keçiriləcək səsverməyə təsir etmək olduğu bildirilir.

"İslahatların lehinə səs verən deputatların fikirlərini dəyişəcəklərinə şübhəm yoxdur. Mitinq vasitəsilə onlara ictimai və psixoloji təzyiq edəcəyik, eləcə də onların fəaliyyətinə siyasi qiymət verəcəyik",- deyə A. Musaxyan bildirib.

Qeyd edək ki, yaxın 2 həftə ərzində Ermənistan parlamenti binası qarşısında etiraz aksiyalarının keçirilməsi planlaşdırılır.


Sizin Reklam Yeriniz