Əlaqə Arxiv
news Image
2015.10.03
12:00
| A A A
“Taliban” ABŞ-ın qəzaya uğrayan təyyarəsini vurduğunu iddia edir

"Taliban" hərəkatının nümayəndəsi Zəbiullah Mücahid twitter səhifəsində ABŞ-a məxsus hərbi-nəqliyyat təyyarəsinin onların döyüşçüləri tərəfindən vurulduğunu yazıb.


Movqe.az Euronews telekanalına istinadla məlumat verir ki, buna baxmayaraq, nə əfqan hökuməti, nə də NATO-nun Əfqanıstandakı missiyası təyyarənin vurulması faktını təsdiqləmir. Qəzanın səbəbləri hələ ki, məlum deyil.


"Herkules" təyyarəsi Əfqanıstanın şimalındakı Qunduz əyalətində əfqan ordusu ilə "Taliban" hərəkatının üzvləri arasında davam edən ağır döyüşlər fonunda qəzaya uğrayıb. Hadisə zamanı azı 11 nəfər həlak olub. Onlardan 6-sı ABŞ əsgəri, 5-i isə müqavilə əsasında qulluq edən hərbçidir. Həmçinin qəza nəticəsində ərazidə olan 3 yerli sakinin də öldüyü bildirilir.


Sizin Reklam Yeriniz