Əlaqə Arxiv
news Image
2015.10.03
16:00
| A A A
​Azərbaycan, Gürcüstan və Türkiyənin iştirakı ilə “Eternity-2015” Komanda Qərargah təlimi keçiriləcək

Oktyabrın 4-dən 9-dək Helsinki şəhərində (Finlandiya) Beynəlxalq Dil Koordinasiyası bürosunun "Peşəkarlıq səviyyəsinin artırılması" mövzusunda seminar, oktyabrın 5-dən 9-dək Ankara şəhərində (Türkiyə) Azərbaycan, Gürcüstan və Türkiyənin iştirakı ilə "Eternity-2015" Komanda Qərargah təlimi, oktyabrın 5-dən noyabrın 27-dək Buxarest şəhərində (Rumıniya) intensiv ingilis dili kursu, oktyabrın 6-dan noyabrın 8-dək Tbilisi şəhərində (Gürcüstan) Azərbaycan, Türkiyə və Gürcüstan Silahlı Qüvvələrinin üçtərəfli əməkdaşlıq fəaliyyətlərinin əlaqələndirilməsi üzrə Koordinasiya Qrupunun toplantısı keçiriləcək.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, tədbirlərdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nümayəndələri iştirak edəcəklər.


Sizin Reklam Yeriniz