Əlaqə Arxiv
news Image
2015.10.04
18:30
| A A A
Rusiya Silahlı Qüvvələri Baş Qərargahı: Çaxnaşmaya düşən yüzlərlə İŞİD silahlısı Avropaya keçməyə cəhd edir

Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Baş Əməliyyat İdarəsinin rəisi general-polkovnik Andrey Kartapolov bildirib ki, 600-dək İŞİD silahlısının terror qruplaşmasının nəzarəti altında olan Suriya ərazilərini tərk etdiyi qeydə alınıb.


Movqe.az-ın "Gazeta.ru"ya istinadən verdiyi məlumata görə, bu barədə Rusiya Müdafiə Nazirliyinin press-relizində bildirilir.    

 

Andrey Kartapolov qeyd edib ki, silahlılar mövqelərini tərk edərək Avropaya keçməyə çalışırlar.  

 

"Kəşfiyyat silahlıların terror qruplaşmasının nəzarəti altında olan Suriya ərazilərini tərk etdiyini qeydə alıb", deyə Kartapolov bildirib.  

 

General İŞİD sıralarında çaxnaşma və fərariliyin hökm sürdüyünü qeyd edib. "600-dək muzdlu silahlı mövqelərini tərk edərək Avropaya keçməyə cəhd göstərir", deyə o qeyd edib.    

Sizin Reklam Yeriniz