Əlaqə Arxiv
news Image
2015.10.06
12:40
| A A A
G20 qrupu İstanbulda daha bir beynəlxalq toplantı keçirib

Türkiyənin sədrliyi ilə fəaliyyət göstərən G20 qrupu sentyabrın 5-də İstanbulda Beynəlxalq Sərmayələr üzrə Qlobal Forum təşkil edib.


Forumda dünya iqtisadiyyatının problemləri, sərmayə qoyuluşuna mane olan səbəblər, beynəlxalq maliyyə böhranından çıxış yollarına dair səmərəli fikir mübadiləsi aparılıb.


Oktyabrın 6-da isə G20 qrupuna üzv olan və dəvət edilən ölkələrin ticarət nazirlərinin birgə toplantısı keçiriləcək.


Təşkilatda xüsusi dəvətli qonaq statusunda təmsil olunan Azərbaycanın bu toplantıda da nümayəndə heyəti iştirak edəcək.


G20 qrupunun bütün toplantıları "Böyük İyirmilik" ölkələri dövlət başçılarının bu ilin noyabrında Antalya şəhərində keçirilməsi nəzərdə tutulan Zirvə görüşünə hazırlıq məqsədi daşıyır.


Sizin Reklam Yeriniz