Əlaqə Arxiv
news Image
2015.10.06
14:06
| A A A
Azərbaycanda ombudsmanın səlahiyyətləri artırıldı

Milli Məclisin bu gün keçirilən növbəti plenar iclasında "Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında" qanuna dəyişiklik edilib.


Movqe.az-ın məlumatına görə, dəyişikliyə əsasən ombudsmanın səlahiyyətləri artırılıb.


Dəyişikliyə əsasən ombudsman apatının Milli Preventiv Qrup üzvləri istənilən vaxt, maneəsiz və əvvəlcədən xəbərdarlıq etmədən qanunsuz miqrantların saxlanılması mərkəzlərinə daxil ola biləcək, miqrantlarla görüş keçirəcək, onların saxlanma şəraiti ilə tanış olacaq, həyata keçirdiyi tədbirlərin gedişi və nəticələrini protokollaşdıracaq.


Dəyişiklik səsə qoyularaq qəbul edilib.

Sizin Reklam Yeriniz