Əlaqə Arxiv
news Image
2015.10.06
14:24
| A A A
Azərbaycanda bu şəxsləri vəzifəyə təyin edənlər cəzalandırılacaq
Azərbaycanda dövlət sirri ilə işləməyə icazəsi olmayanları bu sahədə vəzifəyə təyin edənlər cəzalandırılacaq.

Movqe.az-ın məlumatına görə, bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar (İXM) Məcəlləsinə dəyişiklikdə öz əksini tapıb.


İnzibati Xətalar Məcəlləsinə edilən əlavəyə əsasən Azərbaycanda dövlət sirri ilə işləməyə buraxılışı olmayan şəxsin dövlət sirrindən istifadə ilə bağlı vəzifəyə təyin edilməsinə görə, vəzifəli şəxslər beş yüz manatdan yeddi yüz manatadək miqdarda, hüquqi şəxslər isə min beş yüz manatdan iki min manatadək miqdarda cərimə ediləcəklər.


Dəyişiklik səsə qoyularaq qəbul edilib.

Sizin Reklam Yeriniz