Əlaqə Arxiv
news Image
2015.10.07
13:30
| A A A
Rusiyada daşınmaz əmlaka çıxış bağlanır
Yalnız xüsusi dövlət orqanlarının çıxışı olacaq.

Rusiyanın Federal Təhlükəsizlik Xidməti hökumətə şəxsi təyyarə və yaxtalar barədə məlumatların məxfi saxlanmasını nəzərdə tutan qanun layihəsi təqdim edib.


Movqe.Az-ın ANS PRESS-ə istinadən məlumatına görə, bu cür məlumatlara vətəndaş cəmiyyəti fəallarının yox, yalnız xüsusi dövlət orqanlarının çıxışı olacaq.


Hazırda daşınmaz əmlakın dövlət reysteri haqqında qanuna əsasən bu cür əmlaklara çıxış açıqdır. FTX indi bütün bu cür məlumatlara ümumi çıxışın bağlanmasını təklif edir. Xidmət hesab edir ki, bu cür məlumatlardan cinayət məqsədləri üçün istifadə edilə bilər. Xidmət həmçinin daşınmaz əmlakla bağlı dövlət kadasdırına çıxışın məhdudlaşdırılmasını təklif edir.




Korrupsiya ilə mübarizə fondunun direktoru Roman Rubanov hesab edir ki, bu təşəbbüs daşınmaz əmlak və sahibkarlar, ilk növbədə də korrupsiyalaşmış məmurlar barədə həqiqi məlumatlara çıxışı çətinləşdirə bilər. Rubanov bildirir ki, bu Federal Təhlükəsialik Xidmətinin keçmiş rəhbəri Nikolay Patruşevin 1 milyard rubldan baha mülkiyyəti olması ilə bağlı məlumatla bağlı ola bilər. Dumadakı əmlak komitəsinin rəhbəri Sergei Gavrilov hesab edir ki,şəxsi mülkiyyətlər barədə məlumatlar xüsusi orqanları çıxmaq şərti ilə geniş ictimaiyyətə açıq olmamalıdır.


Sizin Reklam Yeriniz