Əlaqə Arxiv
news Image
2015.10.07
13:40
| A A A
İranın neft naziri parlamentdə hesabat verəcək

İranın neft naziri Bijən Namdar Zəngənə parlamentdə hesabat verəcək. Movqe.az-ın məlumatına görə, bu barədə İranın "econews" xəbər saytı İran Parlamentinin enerji komissiyasının üzvi Şükrxuda Musəviyə istinadən məlumat verib.


Ş.Musəvi deyib ki, neft naziri B.N.Zəngənənin hesabat üçün çağırılması sənədini 40 parlament nümayəndəsi imzalayıb.


Ş.Musəvi bildirib ki, neft nazirinin hesabat verməsini tələb edən deputatlar narazılıqlarını B.N.Zəngənənin vəzifə səlahiyyətlərinin öhdəsindən gəlməməsi, Cənub Pars yatağında işlərin dayandırılması, müştərək neft-qaz yataqları ilə bağlı olan problemlər, korrupsiyasında adı hallanan şəxslərə Nazirlikdə vəzifə verməsi, neft platformalarının Çin və Hindistandan olan şirkətlərə verməsi ilə əsaslandırıblar.


Qeyd edək ki, ötən gün İran parlamenti hesabat üçün ölkənin yol və şəhərsalma naziri A.Axundini çağırmışdı. Yol və şəhərsalma nazirinin hesabat verməsini tələb edən deputatlar narazılıqlarını A.Axundinin vəzifə səlahiyyətlərinin öhdəsindən gəlməməsi və nazirliyi idarə edə bilməməsi, yol və şəhərsalmadakı nöqsanlar, kəndlilərin evlərlə təmin edilməməsi və Naizrlikdəki maliyyə çatışmazlıqları ilə əsaslandırmışdılar.


Hesabatın sonunda səsvermədə A.Axundinin vəzifəsində qalıb fəaliyyətini davam etdirilməsinə qərar verilib. 175 deputat qərarın lehinə, 72 deputat əleyhinə səs verib, 5 deputat isə səsvermədə bitərəf qalıb.


Sizin Reklam Yeriniz