Əlaqə Arxiv
news Image
2015.10.07
19:00
| A A A
NATO-nun baş katibi: “Türkiyənin öz hava məkanını qorumağa gücü çatır və biz onu dəstəkləyirik”
“Türkiyə NATO üzvü kimi öz hava məkanını pozuculardan qoruya bilər və Şimali Atlantika alyansı bu məsələdə onu dəstəkləyir”.

Movqe.az-ın "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bu sözləri NATO-nun baş katibi Yens Stoltenberq CNN telekanalına müsahibəsində deyib.

"Əgər Türkiyə öz hava məkanında Rusiya hərbi təyyarəsini vurmağa qərar versə, bu, haqlı sayılacaqmı? Əlbəttə ki, hava məkanı doğrudan da pozularsa", - sualına Y. Stoltenberq belə cavab verib: "Mən yalnız onu deyə bilərəm ki, NATO bizim bütün müttəfiqlərimizi qorumağa qadirdir. Türkiyə bizim güclü müttəfiqimizdir. Onların öz hərbi potensialı var və öz hava məkanlarını özləri müdafiə edə bilər. Biz onların bu müdafiəsinə dəstək veririk".

Baş katib bir daha qeyd edib ki, Rusiya Suriyada "İŞİD"i yox, müxalif qrupları bombalayır.


Sizin Reklam Yeriniz