Əlaqə Arxiv
news Image
2015.10.08
11:00
| A A A
İŞİD-in Qafqaz üçün yaratdığı təhlükə artdı
Terror qruplaşması Rusiya ilə mübarizəni Şimali Qafqaza keçirməsi gözlənilir

Rusiyanın Suriyada İŞİD qruplaşmasına qarşı başladığı hərbi əməliyyatların Qafqazda sözügedən təşkilata bağlı olan yaraqlıların fəallaşmasına yol açacağına dair verilən proqnozlar özünü doğruldur. Digər maraqlı məqam isə ondan ibarətdir ki, İŞİD hərbi əməliyyatlar fonunda Suriyanı tərk edərək digər ərazilərə keçir. Qafqazdan olan terrorçuların isə bu fonda yenidən regiona qayıtma ehtimalı artır.

Qeyd edək ki, İŞİD, "ən-Nüsra" və "Ceyş əl-Yarmuk" terror təşkilatlarının artıq 3 minə yaxın üzvü prezident Bəşər Əsədə sadiq qüvvələrin və Rusiya aviasiyasının hücumundan qorxaraq Suriyadan İordaniyaya qaçıb. Başqa ölkələər də keçənlərin sayının artması istisna olunmur. Çünki Moskva Suriyada, tezliklə isə İraqda İŞİD-ə qarış əhrbi əməliyyatların miqyasının genişlənməsinə hazırlıq görür.

Rusiya Federasiyası Müdafiə Nazirliyinin təmsilçisi general-polkovnik Andrey Kartapolov da bunu təsdiqləyib. O, hətta ABŞ-ın rəhbərlik etdiyi koalisiyaya daxil olan dövlətlərin hərbi attaşelərinə İŞİD-ə məxsus bazaların yerləşdiyi ərazilər haqqıda məlumat verməyi təklif edib: "Bizim Suriyada İŞİD terrorçularının olduğu ərazilər barədə məlumatlarımız dəfələrlə yoxlanılan və dəqiqdir. Lakin anti-İŞİD koalisiyası hərbi idarələrində terrorçular barədə əlavə məlumatlar varsa, biz onların bizə təqdim edilməsini xahiş edirik". O, həmçinin söz verib ki, bu məlumatlar Rusiya aviaqruplarının ölkədə hərbi tapşırıqları planlaşdırılan zaman nəzərə alınacaq.

Rusiyanın məşhur "Soverşenno sekretno" nəşrinin araşdırmasında isə baş verənlərin Qafqazda daöz təsirini tapdığı bildirilir: "İŞİD faktiki olaraq Şimali Qafqazda özünə yer edib. İŞİD bütövlükdə Qafqazı ələ keçirmək üçün mübarizə aparır. İndi "Qafqaz əmirliyi"nə daxil olan çox az sayda qruplaşma var ki, İŞİD-i qəbul etmir. Lakin o dəqiqdir ki, indi "Qafqaz əmirliyi" bütövlükdə İŞİD-in nəzarətindədir".Nəşr yazır ki, hazırda İŞİD tərkibində minlərlə rusiyalı və qafqazlı döyüşçü vuruşur. "E" analitik mərkəzinin məlumatına görə, Rusiya Daxili İşlər Nazirliyinin ekstremizmlə mübarizə idarəsinin hərəkətə keçməsindən sonra Şimali Qafqazdan İŞİD sıralarına qoşulanların sayı artıb.

Mərkəzin analitiki Arsen Bidov bildirir: "Bu fonda Qafqaz gəncləri arasında qəti fikir formalaşdı ki, Suriya və İraqa gedərək cihada qoşulanlar haqlıdır. Hesab edirəm ki, bu ilin sonuna kimi Şimali Qafqazdan Suriyaya gedənlərin sayı artacaq". Mərkəzin digər analitiki Yuri Batırov hesab edir ki, İŞİD gəncləri pul qarşılığında da öz sıralarına qatır: "İŞİD-in malik olduğu maliyyə imkanları böyükdür. Həm ələ keçirdikləri neft quyularından, həm narkoticarətdən, həm də Səudiyyə Ərəbistanı və Küveytdən gələn pullar hesabına qruplaşmanın 2 milyarddan artıq vəsaitə malik olduğu deyilir. Bu pul kasıblığın daşını atmaq istəyən insanların cəlb edilməsi üçün yetərincədir".

Yuri Batırov daha bir təhlükədən xəbər verir. Onun sözlərinə görə, "Qafqaz əmirliyi" ayrıca qol olanda burada əsasən çeçenlər və ərəblər təmsil olunurdu: "Yəni təhlükənin kimlər tərəfindən gəldiyi məlum idi. İndi isə İŞİD-in nəzarətinə keçir. İŞİD tərkibində isə 80-dən artıq ölkədən gələn döyüşçülər var. Onlar başqa yerdən Rusiya ərazisinə asanlıqla keçə və istədiklərini edə bilərlər. Bunu müəyyənləşdirmək çətin olacaq". "Soverşenno sekretno" qeyd edir ki, artıq İŞİD Şimali Qafqaza daxil olub və terror qruplaşması bütün Qafqaz üçün təhlükə mənbəyidir: "Xüsusilə Suriyada küncə sıxışdırılan terror qruplaşması üçün hədəflərini genişləndirmək, yeni cəbhələr açmaq sərfəlidir. Bu baxımdan, təhlükə hər keçən gün artmaqdadır". Rusiya isə təhlükəni beşikdəcə boğmaq üçün mübarizəni genişləndirir. Amma Qərb dövlətləri. Eləcədə hava məkanı rus qırıcılar tərəfindən pozulan Türikyə buna qarşı çıxır.

Rusiyalı politoloq, Milli Strategiyalar üzrə Şuranın direktoru Valeri Xomyakov isə bildirir ki, Rusiya təyyarəsinin Türkiyənin hava məkanını pozması təsadüf ola bilər. Lakin belə insident bir-birinin ardınca iki dəfə baş veribsə, bu, artıq təsadüfə oxşamır: "Bundan başqa yaddan çıxarmaq lazım deyil ki, Su-34M təyyarəsinin Türkiyənin hava məkanını pozduğu yer İran və Azərbaycandan nəql olunan neftin cəmləndiyi terminala, yəni Ceyhan terminalına çox yaxındır. Bu terminala bomba düşməsi nəticəsində oradan Avropaya neft nəqli tamamilə dayanacaq. Nəticədə neftin qiyməti də artacaq. Mən şübhələnmirəm, ancaq bizim Suriya əməliyyatlarında iştirakımızın məqsədlərindən biri Vladimir Putinin nefti bahalaşdırmaq arzusu ola bilər".



Sizin Reklam Yeriniz