Əlaqə Arxiv
news Image
2015.10.08
11:10
| A A A
Ermənistan hakimiyyətin cinayətləri deputatları da boğaza yığıb
«Pullar həmişə Serj Sarkisyanla sıx bağlı oliqarxların cibinə gedir»

Cari ilin iyunundan etibarən çoxsayıl kütləvi etiraz aksiyalarının keçrildiy Ermənistanda siyasi, iqtisadi vəziyyət getdikcəgərginləşir. Serj Sarkisyan iqtidarının ömrünün uzadılmasına hesablanmış konstitusiya islahatlarına qarşı çıxanların sayı isə durmadan artır. Xatırladaq ki, bu islahatlar ölkədə baş nazirin səlahiyyətlərini artırır. İndi Serj Sarkisyan da prezidentlik müddəti başa çatdıqdan sonra baş nazir olaraq ölkəni idarə etmək istəyir. Xalq isə ölkəni uçruma yuvarladığı üçün Serj Sarkisyanın hələ uzun müddət hakimiyyətdə qalmasını isətmir.

Bütün bunlar fonunda Ermənistanda etiraz aksiyaları yeni vüsət alıb. Ağır iqtisadi durumundan narazı qalan xalq müxalif fəallar tərəfindən təşkil edilən aksiyalar geniş dəstək verir. Ölkə sosial-iqtisadi vəziyyətin pisləşməsini isə etirarf edənlərin sayı da sürətlə artır. Sarksiyanın rəhbəri olduğu Respublikaçılar Partiyasından olan deputat, "Sovrano" şirkətinin sahibi Arman Saakyan isə bəyan edir ki, Avrasiya İqtisadi İttifaqına daxil olmalarına baxmayaraq, Ermənistanda iqtisadi vəziyyət pisləşib: "Ticarətlə məşğul olan bir çox şirkətlər də ölkədə iqtisadi vəziyyətin ağırlaşdığını təsdiqləyə bilər".

Ermənistan parlamentindəki çıxışında müxalif deputat Nikol Paşinyan isə məsələni daha konkret qoyur: "Ermənistan hökumətinin nümayəndələri parlamentin tribunasından iqtisadiyyatın inkişafı haqda danışanda onlara veriləsi ilk sual budur: "Ermənistanda guya iqtisadiyyat var?". O bildirib ki, 2014-cü ildə dövlət büdcəsinin gəlirləri cəmi 2,7 milyard dollar olub. Az qala bu qədər vəsait isə Ermənistanda xaricdəki qohumlarından daxil olur: "Bunlar fərqli məsələlər deyil. Büdcənin gəlirləri sadəcə olaraq Ermənistana transfer edilən pulların dövriyyəsindən formalaşır".Deputatın dediyinə görə, Ermənistan əhalisi xaricdən daxil olmuş pullar hesabına alış-veriş edir, nəticədə büdcəyə vergi daxil olur. Ona görə də Ermənistan iqtisadiyyatı hökumətin qərarlarından asılı deyil: "İstəyirsən şəkər tozu al, istəyirsən banan, pullar həmişə eyni cibə gedəcək. Bu oliqarxlar hamısı Serj Sarkisyanla sıx bağlıdır. O vaxta qədər ki Ermənistanda hər qəpiyi öz nəzarəti altına almaq istəyən hakimiyyət olacaq, azad sahibkarlıqdan danışmağa dəyməz. Ermənistanda isə ən məşhur faiz prezidentin qardaşı Saşik Sarkisyana aiddir - 50 faiz". Ermənistanda prezidentin qardaşı özəl biznesə onların gəlirlərinin 50 faizinin əvəzində himayədarlıq edir və bu, bütün ölkəyə məlumdur. Bu yaxınlarda Bakıya qaçan erməni müxalif fəal Vahan Martirosyan da "Saşik və 50 faiz" haqda danışmışdı.

Hazırda Ermənistan reallığında elə bir irili-xırdalı biznes sahəsi yoxdur ki, orada Saşik payı olmasın. Onun təklifindən imtina edəni isə böyük cəzalar gözləyir. Hətta elə olub ki, prezident qardaşının qabağından geri çəkilməyəni öldürüblər.. Saşik cinayət yolu ilə əldə etdiyi vəsaitləri leqallaşdırmağı da unutmur. O, daha çox pullarını ölkədən çıxarmağa üstünlük verir. Xaricdə evlər, restoranlar, gecə klubları, şirkətlər alır. Prezident isə bütün bunlar üçün ona lazımi şərait yaradır.



Sizin Reklam Yeriniz